×
A
A
A
Sazlamalar

Paytaxtın Nəsimi rayonunda iki küçə əsaslı şəkildə təmir edilib VİDEO

Bakı, 2 avqust, AZƏRTAC
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsinin 1530 metrlik hissəsi, həmçinin Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsi əsaslı şəkildə təmir olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Bakıxanov küçəsindən Əli bəy Hüseynzadə küçəsinədək olan 840 metrlik hissəsində və Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan 690 metrlik hissəsində aparılıb.
Məlumata əsasən, C.Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əli bəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri görülüb. Bu istiqamətdə küçə boyu 4000 kvadratmetr səki bərpa olunub, 2066 poqonometr yeni səki daşı düzülüb. Ümumilikdə 9175 kvadratmetr sahədə təmir aparılıb, 8300 kvadratmetr əraziyə asfalt-beton örtüyü döşənib.
C.Məmmədquluzadə küçəsinin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Analoji işlər burada da icra olunub. Belə ki, küçəboyu 1252 poqonometr səki daşı qoyulub, yolayrıcılarına 414 kvadratmetr olmaqla tamet daşları düzülüb. Ümumilikdə 14.5 min kvadratmetr əraziyə asfalt-beton örtüyü döşənib.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə və Mərdanov qardaşları küçələri arasında yerləşən 350 metrlik hissəsi də əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 14.5 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində zəruri yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kvadratmetr piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 poqonometr səki daşı düzülüb.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 6772 kvadratmetr ərazidə təmir işləri aparılıb.
Təmir işləri zamanı hər iki küçədə zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də görülüb.
Son mərhələdə küçələr üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq istifadəyə verilib.
Qeyd olunub ki, cari il ərzində Nəsimi rayonu ərazisində təmir edilən küçələrin ümumi uzunluğu 3 kilometr təşkil edir.
2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6.4 kilometr uzunluğa malik küçədə təmir işləri aparılıb.

Tikinti̇ 2022-08-02 15:34:00

Video