×
A
A
A
Sazlamalar

“Sumqayıt”ın iki futbolçusu V İslam Həmrəyliyi Oyunları üçün U-23 millimizə dəvət alıb

Sumqayıt, 2 avqust, AZƏRTAC

V İslam Həmrəyliyi Oyunlarına Türkiyənin Konya şəhəri ev sahibliyi edəcək. Yarışda mübarizə aparacaq futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Sumqayıt” klubunun iki futbolçusu Oyunlarda iştirak edəcək.
Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Sumqayıt” futbolçuları - Murad Xaçayev və Rüfət Abdullazadə U-23 millimizə dəvət alıblar.

Regionlar 2022-08-02 15:12:00