"Ay adamı" komediya filmi qlobal kassada ilk pillədədir
Bakı, 2 avqust, AZƏRTAC
Son yaşayan insan olduğuna inanan çinli kosmonavtdan bəhs edən "Ay Adamı" elmi-fantastik komediya filmi dünyada kassa gəlirləri üzrə birinci yeri tutub.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, rejissor Çjan Çiyunun "Ay Adamı" filmi kassa gəlirləri üzrə 148 milyon dollar qazanıb.
Yerli bilet satışı portalı həmin filmin çin ekranlarını tərk etməzdən əvvəl 660 milyon dollardan çox (təxminən 4,34 milyard yuan) qazanacağını proqnozlaşdırır ki, bunun da sayəsində ekran əsəri rekordçular arasında altıncı yerdə qərarlaşa bilər.
Qeyd edək ki, "Ay Adamı" komediya filminin təqdimatı 2022-ci il iyulun 29-da olub.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir