×
A
A
A
Sazlamalar

“Tor 4: Sevgi və ildırım” bu həftədə də siyahıda birinci yerdədir

Bakı, 2 avqust, AZƏRTAC

Ötən həftələrdə ABŞ satış kassalarında ilk pillədə yer alan “Tor 4: Sevgi və ildırım” bu həftədə də siyahıda birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, “Marvel” sinematik kainatının "Tor: Sevgi və ildırım" filmi son dörd gündə 60 minə yaxın tamaşaçı tərəfindən izlənilib.
Qeyd edək ki, ekran əsəri komiks personajı Torun qalaktika mühafizəçiləri ilə birlikdə kosmos səyahətinə çıxdıqdan sonrakı həyatından bəhs edir.
Filmdə rollarda Kris Hemsvort, Kristian Beyl, Rassel Krou, Karen Gillan, Lyuk Hemsvort, Kris Pratt, Natali Portman və başqa aktyorlar çəkilib.

Mədəniyyət 2022-08-02 11:20:00