×
A
A
A
Sazlamalar

Ağalı kəndinin sakinləri yaradılan şəraitdən məmnundurlar VİDEO

Bakı, 2 avqust, AZƏRTAC

Zəngilan rayonunun Ağalı kəndinin sakinləri artıq 10 gündən çoxdur ki, doğma yurd-yuvalarına qayıtmağın sevincini yaşayırlar.
AZƏRTAC xəbər verir ki, 200-dən çox keçmiş məcburi köçkün yeni evlərində təsərrüfat işləri ilə məşğul olmaqla yaradılmış şəraitə uyğunlaşma dövrü keçirlər.
2022-ci il iyulun 23-də “ağıllı kənd”ə üçüncü köç karvanı ilə gəlmiş Namil Orucovun ailəsi Ağalıda onlar üçün yaradılan şəraitdən, qurulan infrastrukturdan razılıq edir və doğma kəndlərinə qayıtmaqdan məmnunluq hissi keçirdiklərini bildiriblər. Ailə başçısı Namil bütün bunlara görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya, qüdrətli Azərbaycan Ordusuna, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduğunu bildirib.
Xatırladaq ki, Zəngilan rayonu, Ağalı kənd ərazisində “ağıllı kənd” konsepsiyası çərçivəsində yenidən inşa edilən 41 mənzil iyulun 19-25-də keçmiş sahiblərinin ixtiyarına verilib.

Cəmiyyət 2022-08-02 10:56:00

Video