×
A
A
A
Sazlamalar

“Dolu” filmi nümayiş olunub

Bakı, 2 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına qəsəbə Mədəniyyət evi “Şuşa İli” çərçivəsində Milli Kino Gününə həsr olunmuş tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Abşeron qrup prodaction, Audio kitab və Bakı şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mirzə Ələkbər Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evinin birgə təşkilatçılığı ilə ssenari müəllifi Aqil Abbas olan “Dolu” filmi nümayiş olunub.
Qeyd edək ki, film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir. Film Qarabağ müharibəsi mövzusunda Aqil Abbasın eyniadlı romanı əsasında çəkilib. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib. Əsas rolları Məmməd Səfa, Rza Rzayev, Elvin Əhmədov, Fuad Poladov, Gülzar Qurbanova, Şamil Süleymanlı, Fərhad İsrafilov, Rövşən Ağayev, Cavanşir Hadıyev, Şahmar Qəribli, Vüqar Vəlixanov, Vüsal Murtuzəliyev ifa edirlər.

Mədəniyyət 2022-08-02 10:53:00