×
A
A
A
Sazlamalar

Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs saxlanılıb

Bakı, 2 avqust, AZƏRTAC

“Toyota” markalı, 01-CX-419 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rauf Hüseynov Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının XI Taqımının əməkdaşları tərəfindən saxlanılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı R.Hüseynovun narkotik maddə qəbul etməsi müəyyən edilib.
R.Hüseynovun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə R.Hüseynov 5 gün müddətində inzibati qaydada həbs edilib.

Cəmiyyət 2022-08-02 10:23:00