×
A
A
A
Sazlamalar

Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 1 avqust, AZƏRTAC
Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb edilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, İlkin məlumata əsasən, pilləkən qəfəsində elektrik lövhəsi yanıb.
Baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.

Cəmiyyət 2022-08-01 21:35:00