×
A
A
A
Sazlamalar

Yevlaxda bir ay əvvəl itkin düşmüş 19 yaşlı qızın rəfiqəsigildə qaldığı müəyyənləşdirilib

Bakı, 1 avqust, AZƏRTAC

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə iyulun 1-də itkin düşmüş S.Mustafalının rəfiqəsigildə qaldığı müəyyənləşdirilib və onun ailəsinə qaytarılması təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Yevlax rayon sakini, 19 yaşlı Sitarə Mustafalı bu il iyulun 1-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Hadisə 2022-08-01 19:04:00