×
A
A
A
Sazlamalar

Zaqatalada bir tondan çox narkotik tərkibli bitki məhv edilib

Bakı, 1 avqust, AZƏRTAC

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Aşağı Tala kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, ümumi çəkisi 1 ton 280 kiloqram olan 1476 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

 

Hadisə 2022-08-01 19:01:00