×
A
A
A
Sazlamalar

“Əhalinin sağlamlığının qorunması haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü və 26-cı bəndlərini rəhbər tutaraq, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2, maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484; 2020, № 5, maddə 521, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 542, № 8, maddə 897, № 11, maddə 1205) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 39-cu maddənin birinci hissəsinə “həkim,” sözündən əvvəl “həkim konsiliumu və ya” sözləri əlavə edilsin;
1.2. 40-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 40. İnsan orqanlarının və toxumalarının donorluğu və transplantasiyası
İnsan orqanlarının və toxumalarının donorluğu və onların transplantasiyası sahəsində münasibətlər “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 2. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 55; 2006, № 2, maddə 73; 2007, № 6, maddə 562; 2012, № 7, maddə 670; 2013, № 11, maddə 1315; 2014, № 6, maddə 601; 2017, № 5, maddə 692, № 6, maddə 1039, № 12 (I kitab), maddə 2216) 12-ci maddəsində “gözün buynuz qişası istisna olmaqla” sözləri “alqı-satqısına münasibətdə” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 56; 2005, № 4, maddə 273; 2006, № 2, maddə 73; 2007, № 6, maddə 562; 2013, № 3, maddə 210; 2014, № 6, maddə 602; 2016, № 6, maddə 994; 2017, № 6, maddə 1040) 19-cu maddəsi aşağıdakı redaksiyada verilsin:
“19. İnsan orqanı və (və ya) toxumaları (alqı-satqısı istisna olmaqla).”.
Maddə 4. “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 694; 2013, № 5, maddə 458; 2014, № 11, maddə 1346; 2019, № 11, maddə 1684) 1.0.2-ci maddəsində “çıxarılması” sözü “götürülməsi” sözü ilə əvəz edilsin.
Maddə 5. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 812; 2016, № 11, maddə 1755, № 12, maddə 1996; 2017, № 3, maddə 334, № 5, maddələr 675, 748, № 6, maddə 1029, № 7, maddə 1307, № 12 (I kitab), maddə 2230; 2019, № 1, maddə 29, № 3, maddə 390, № 4, maddə 578, № 8, maddə 1384, № 12, maddə 1881; 2020, № 6, maddə 670, № 7, maddə 843; 2021, №12, maddə 1341) 29-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:
5.1. 29.4-cü maddədə “, tibbi texnika, insan orqan və (və ya) toxumalarının transplantasiyası” sözləri “və tibbi texnika” sözləri ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 29.4-1-ci maddə əlavə edilsin:
“29.4-1. Azərbaycan Respublikasında donor orqanların reklamı qadağandır. İnsan orqanlarının və toxumalarının donorluğunun təbliği məqsədilə tibb müəssisələri və qeyri-hökumət təşkilatları tərəfindən bu Qanuna uyğun olaraq sosial reklamlar nümayiş etdirilə bilər.”.
Maddə 6. Bu Qanun 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2022-ci il

“Məhkəmələr və hakimlər haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Dövlət rüsumu haqqında”, “Əmək pensiyaları haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Dəniz limanları haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Yol hərəkəti haqqında”, “Prokurorluq haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Notariat haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnformasiya əldə etmək haqqında”, “Biometrik informasiya haqqında”, “Fərdi məlumatlar haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IllQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Qanunlar 2022-08-01 18:03:00