×
A
A
A
Sazlamalar

“Xoşbəxtlik” bəxş edən qidalar

Bakı, 1 avqust, AZƏRTAC

Bəzən ciddi bir səbəb olmadığı halda belə insan özünü halsız və yorğun hiss edir. Son illər aparılan araşdırmalar bunun aradan qaldırmaq yolunun olduğunu göstərir. Belə ki, bəzi qidaların düzgün miqdarda istifadəsi xoşbəxtlik hissini artır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Sübhan Hacıyev deyib: “El arasında “xoşbəxtlik hormonu” adlandırılan serotonin və defamin hormonu daha çox mərkəzi sinir sisteminə və mədə-bağırsaq traktına təsir göstərir, ciddi şəkildə əhval-ruhiyyəni yaxşılaşdırır, həyat eşqini yüksəldir, yuxunu normallaşdırır. Bəzi qidalar var ki, məsələn, şokolad, süd, pendir, portağal və narınginin tərkibində serotonin hormonu çoxdur. Adətən depressiyada olanlar özləri bilmədən həmin qidalara meyilli olurlar. Aylarla, bəzən illərlə həmin qidalara üstünlük vermək orqanizmdə xolesterin artıqlığının yaranmasına və digər xəstəliklərə səbəb ola bilər”.
Qida qəbul edəndə onun dadı ilə orqanizm üçün faydalılığı üst-üstə düşməyəndə zövq əmələ gəlmir. Dad və qoxu xoş gələndə baş beyin defamin hormonu ifraz etməyə başlayır. Özünü daim enerji ilə dolu və gümrah hiss etmək üçün banan, qoz, süd məhsulları, şokolad, makaron, çörək və bişmiş kartof yemək məsləhət görülür.

Sağlamlıq klubu 2022-08-01 16:32:00