×
A
A
A
Sazlamalar

Ceyms Şarp: Britaniya bölgədə minatəmizləmə işlərinə 1 milyon funt-sterlinqdən çox vəsait yönəldib

Bakı, 1 avqust, AZƏRTAC
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp işğaldan azad olunmuş Cəbrayıl rayonunun Şükürbəyli kəndinə səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə diplomat özünün tviter hesabında yazıb.
Səfir qeyd edib: “Biz birlikdə regionda sülh üçün çalışmağa davam edirik. Böyük Britaniya və Azərbaycan əməkdaşlığını genişləndirmək və riskləri azaltmaq üçün birgə işləyirik.
Bizim bu regionun minalardan təmizlənməsinə verdiyimiz dəstək artıq bir milyon funt-sterlinqdən çoxdur”.

Siyasət 2022-08-01 14:37:00