×
A
A
A
Sazlamalar

Türkiyənin Kahramanmaraş şəhərində salınan Avropanın ən nəhəng süni gölündən FOTOREPORTAJ

Kahramanmaraş, 1 avqust, AZƏRTAC

Türkiyənin milli azadlıq mübarizəsində özünəməxsus rəşadəti ilə seçilən Kahramanmaraş həyatın bütün sahələrində olduğu kimi, sosial-iqtisadi həyatda da lider vilayətlər sırasındadır.
AZƏRTAC xəbər verir ki, “EXPO 2023” İstirahət Parkı Kompleksi Kahramanmaraşda ən son qurulan sosial təmayüllü təsisatlardan biridir. Parkın ümumi sahəsi təqribən 750 min kvadratmetrdir. Burada salınmış nəhəng hovuz parka xüsusi əzəmət verir.
Ümumi sahəsi 69 min kvadratmetr olan bu su hövzəsi Avropada və Türkiyədə tikilmiş ən nəhəng süni göldür. On beş hissədən ibarət olan “EXPO 2023” gələn il nəzərdə tutulan sərginin açılışınadək tam istifadəyə veriləcək.

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Kahramanmaraş

Dünya 2022-08-01 12:19:00