×
A
A
A
Sazlamalar

Türkiyənin təhlükəsizlik qüvvələri 242 kiloqram kokain ələ keçirib

Qəhramanmaraş, 31 iyul, AZƏRTAC

Türkiyənin təhülkəsizlik qüvvələri ölkənin Təkirdağ Dəniz Limanında 242 kiloqram kokain ələ keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu sosial şəbəkədə paylaşım edib. Nazir bildirib ki, polis və sahil təhlükəsizlik qüvvələri bir aya yaxın narkotik qaçaqmalçılarını birlikdə izləyiblər. Əməliyyat uğurla başa çatıb.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Qəhramanmaraş

Dünya 2022-07-31 22:43:00