×
A
A
A
Sazlamalar

UNEC-in 54 məzunu dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin 54 məzunu dünyanın aparıcı universitetlərində magistratura təhsili alacaq.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, onlar ABŞ-ın Corc Vaşinqton Universitetinə, Budapeşt Texnologiya və İqtisadiyyat Universitetinə, Almaniyanın Bonn Universitetinə, Kopenhagen Biznes Məktəbinə, Çex Respublikasının Brno şəhərində yerləşən Masarik Universitetinə, Berlin Azad Universitetinə və digər ali məktəblərə qəbul olunublar.

Elm və təhsil 2022-07-30 14:38:00