×
A
A
A
Sazlamalar

ADNSU-nun tələbələri “Azerbaijan International Mining Company Limited” şirkətində təcrübə keçirlər

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mexanika fakültəsinin tələbələrindən 4-ü “Azerbaijan International Mining Company Limited” şirkətində yay istehsalat təcrübəsi keçir.
Bu barədə AZƏRTAC-a fakültədən məlumat verilib.
Bildirilib ki, istehsalat təcrübəsi əməkdaşlıq müqaviləsinə uyğun olaraq təşkil edilib. Qeyd edilən müəssisədə tələbələrin lazımi təcrübə əldə etməsinə geniş imkanlar yaradılıb.

Elm və təhsil 2022-07-30 13:15:00