×
A
A
A
Sazlamalar

“Enactus UNEC” qlobal yarışa hazırlaşır

Bakı, 30 iyul, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov bu il “Enactus Azərbaycan” milli yarışın qalibi olan UNEC komandası ilə görüşüb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşdə komandanın üzvlərilə dünya yarışına hazırlıq vəziyyəti, “Enactus” yarışları və s. məsələlər müzakirə olunub.
Qeyd olunub ki, UNEC komandası oktyabrın 30-dan noyabrın 2-dək Puerto-Rikoda keçiriləcək “Enactus” dünya yarışında ölkəmizi təmsil edəcək.

Elm və təhsil 2022-07-30 13:14:00