×
A
A
A
Sazlamalar

Müəllimlərin işə qəbulu müsabiqəsində Ağalı kənd məktəbinə vakant yerlər çıxarılıb

Bakı, 30 iyul, AZƏRTAC

Böyük Qayıdışın ilkin mərhələsinin başlandığı Zəngilan rayonunun Ağalı kənd orta məktəbində sentyabrın 15-dən tədris prosesi başlayacaq. Müəllimlərin işə qəbulu üzrə müsabiqə tarixində ilk dəfə olaraq Ağalı kənd məktəbinə vakant yerlər təqdim olunub.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsi artıq başlayıb. Namizədlər iyulun 30-u saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq seçim edə bilərlər. Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Elm və təhsil 2022-07-30 11:59:00