×
A
A
A
Sazlamalar

Nazir Ceyhun Bayramov: Dünyanın gələcəyi gənclərin əlindədir

Bakı, 28 iyul, AZƏRTAC

Qoşulmama Hərəkatının Gənclər Sammitinin keçirilməsi tarixi hadisədir. Bu Sammitdə qəbul ediləcək sənədin əhəmiyyəti böyükdür. Burada gənclər öz təcrübələrini, fikirlərinizi bölüşüblər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Gənclər Sammitinin iyulun 28-də keçirilən bağlanış mərasimində çıxışı zamanı söyləyib.
O bildirib ki, gənclərin gücü bütün dünya üçün əvəzsiz bir dəyərdir. Azərbaycanda da gənclərin fikirlərinə xüsusi əhəmiyyət verilir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində bir sıra təkliflər irəli sürüb ki, onlardan biri də Gənclər Şəbəkəsinin yaradılmasıdır.
“Dünyanın gələcəyi gənclərin əlindədir. Davam edən pandemiya və digər çağırışlar bizə diktə edir ki, ənənəvi və qeyri-ənənəvi çağırışlarla mübarizədə yeni yollar tapaq. Gənclərin böyük enerjisini nəzərə alaraq, onlara dəstək göstərərək parlaq gələcək yaratmalıyıq”, - deyə nazir qeyd edib.

Siyasət 2022-07-28 19:21:00