×
A
A
A
Sazlamalar

Nizami rayonunda avtomobil yollarının yenidən qurulmasına 3 milyon manat ayrılıb

Bakı, 28 iyul, AZƏRTAC

Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulmasına vəsait ayrılıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev 2022-ci il iyulun 28-də “Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalanıb.
Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manatı ayrılıb.

Tikinti̇ 2022-07-28 14:14:00