×
A
A
A
Sazlamalar

Rusiyanın məşhur “Ruki vverx” qrupunun konserti ləğv olunub

Bakı, 27 iyul, AZƏRTAC

Məşhur rus qrupu “Ruki vverx”in lideri Sergey Jukov Estoniyadakı konsertlərinin ləğvindən təəssüfləndiyini bildirərək, həmin ölkənin sakinlərini qrupun Rusiyadakı konsertlərinə dəvət edib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Estoniya hökuməti məşhur “Ruki vverx” qrupunun üzvlərinin ölkəyə girişinə 5 il qadağa qoyub.
"Çox təəssüf edirəm ki, estoniyalılar öz ölkələrində "Ruki vverx" qrupunun konsertlərində iştirak edə bilməyəcək. Mən onları Rusiyadakı konsertlərə dəvət etməkdən məmnunam", - deyə müğənni bildirib.

Mədəniyyət 2022-07-27 17:06:00