×
A
A
A
Sazlamalar

Türkiyənin Adıyaman şəhərində Roma dövrünə aid olduğu ehtimal edilən skeletlər tapılıb

Bakı, 27 iyul, AZƏRTAC

Türkiyənin Adıyaman şəhərinin Gölbaşı qəsəbəsində 1600 yaşı olduğu təxmin edilən 27 insan skeleti tapılıb.
AZƏRTAC xəbər verir ki, tədqiqatçılar skeletlərin aşkar edildiyi qaya məzarların Roma dövrünə aid olduğunu ehtimal edirlər. Qaya məzarlarda, həmçinin 3 ədəd “gözyaşı şüşələri”nin də tapıldığı bildirilib.
Qeyd edək ki, qədim Yaxın Şərqdə geniş yayılmış “gözyaşı şüşələri”ni yas tutanlar kiçik şüşə qabları göz yaşı ilə doldurub məhəbbət və hörmət rəmzi kimi məzarlara qoyurdular.

Mədəniyyət 2022-07-27 15:12:00