×
A
A
A
Sazlamalar

Hollivud ulduzu Keyt Uinslet yeni filmdə rol alacaq

Bakı, 27 iyul, AZƏRTAC

“Oskar” və “Emmi” mükafatı laureatı Keyt Uinslet, dağılmağa başlayan avtoritar rejimdən bəhs edən "Saray" adlı filmdə rol alacaq.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, ekran əsərinə “Şahzadə” tarixi dramına görə “Oskar” qazanan Stiven Frirs rejissorluq edəcək. İcraçı prodüser isə Uill Treysidir.
Qeyd edək ki, daha çox əfsanəvi “Titanik” filmindən tanınan dünyaşöhrətli aktrisa Keyt Uinslet, həmçinin çəkiləcəyi bəzi filmlərdə icraçı prodüser kimi də fəaliyyət göstərəcək.

Mədəniyyət 2022-07-27 14:06:00