×
A
A
A
Sazlamalar

“Tanınmış Şuşa sakinləri” silsiləsindən Nəcəf bəy Vəzirovla bağlı videoçarx hazırlanıb

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Tanınmış Şuşa sakinləri” silsiləsindən azərbaycanlı yazıçı və dramaturq Nəcəf bəy Vəzirova həsr olunmuş videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda ədibin həyat və yaradıcılığı haqqında məlumatlar yer alıb.
Qeyd edilib ki, Azərbaycanın görkəmli maarifpərvər yazıçılarından biri Nəcəf bəy Vəzirovdur. O, milli peşəkar teatrımızın yaradıcılarından və ilk teatr tamaşasını hazırlayanlardan, həm də onun iştirakçılarından biri idi. Nəcəf bəy Vəzirov milli dramaturgiyamıza fəlsəfi təməl, psixoloji dramatizm, faciə obrazlar silsiləsini gətirib.

 

Mədəniyyət 2022-07-27 12:53:00