×
A
A
A
Sazlamalar

“Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı tədbir keçirilib

Bakı, 27 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində “Əhməd Cavad Azərbaycan Xalq Cümhuriyyəti dövründə” adlı tədbir keçirib. Tədbir Azərbaycanın görkəmli şairi Əhməd Cavadın 130 illiyinə həsr olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şöbənin baş kitabxanaçısı Gülnarə Cəlilova və kitabxananın digər əməkdaşları çıxış edərək Əhməd Cavadın həyat və yaradıcılığının ən parlaq, məhsuldar dövrünün AXC-nin yaranması, inkişafı illərinə təsadüf etdiyi haqqında məlumat veriblər. Həmin dövrdə şair əsasən Gəncədə və Bakıda çalışıb, eləcə də şeir, publisistik yaradıcılığını davam etdirib.

 

Mədəniyyət 2022-07-27 12:19:00