Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi beynəlxalq müsabiqədə Qran-Priyə layiq görülüb
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin baş müəllimi, beynəlxalq və respublika müsabiqələrinin laureatı Leyla Aslanova Türkiyənin Antalya şəhərində keçirilən daha bir beynəlxalq müsabiqədə uğur qazanıb.
AZƏRTAC xəbər verir ki, o,"Showmir" Mədəniyyət Mərkəzinin "Filiz" Mədəniyyət, Təhsil, Yardım və Əməkdaşlıq Beynəlxalq İctimai Birliyi və Kəmər bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən "Günəşin evi Türkiyə" beynəlxalq yaradıcılıq müsabiqə-festivalının qalibi olub.
Yeddinci dəfə keçirilən festivalda Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Yakutiya və Çeçen Respublikasından 100-ə yaxın ifaçı öz istedadını nümayiş etdirib. Leylanın çıxışı münsiflər heyətinin yekdil qərarı ilə festivalın ən ali mükafatı Qran-Priyə layiq görülüb.
Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin rektoru Ceyran Mahmudova, professor Validə Babayevaya və kafedra müdiri Camalə Nəsirovaya təşəkkürnamələr verilib.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir