×
A
A
A
Sazlamalar

ABŞ nümayəndə heyəti hərbi hissə və tibb idarəsini ziyarət edib

Bakı, 27 iyul, AZƏRTAC

ABŞ ilə Azərbaycan Respublikası arasında ikitərəfli hərbi əməkdaşlığa və “Ştatla Tərəfdaşlıq Proqramı”na dəstək çərçivəsində ölkəmizdə səfərdə olan ABŞ Quru Qoşunlarının Avropa və Afrika Komandanlığının Quru Qoşunları Milli Qvardiyası komandanının müavini general-mayor Maykl Vikmanın rəhbərlik etdiyi nümayəndə heyəti hərbi hissə və Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında keçirilən görüşlərdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq, eləcə də Oklohoma ştatı ilə “Ştatla Tərəfdaşlıq Proqramı”nı əhatə edən fəaliyyətlər çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.



 

Ordu 2022-07-27 11:55:00