×
A
A
A
Sazlamalar

“Netflix” “Boz adam” filmini təqdim edib

Bakı, 26 iyul, AZƏRTAC

“Netflix” videoyayım platforması üzrə ən bahalı layihələrdən olan Russo qardaşlarının “Boz adam” filminin premyerası olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, büdcəsi 200 milyon dollardan çox olan film iyulun 22-də nümayişə buraxılıb.
“Boz adam” filmində əsas rolları Rayan Qoslinq, Kris Evans, Ana de Armas və Billi Bob Tornton canlandırıblar.
Qeyd edək ki, filmdə qatil olan keçmiş MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi) agentinin hekayəsindən bəhs edilir. O, öldürülmək üçün keçmiş ortağı tərəfindən axtarılır.

Mədəniyyət 2022-07-26 18:18:00