Yetmiş doqquzuncu Venesiya Film Festivalının proqramı açıqlanıb
Bakı, 26 iyul, AZƏRTAC
Avqustun 31-dən sentyabrın 10-dək davam edəcək 79-cu Venesiya Film Festivalının proqramına daxil ediləcək filmlərin siyahısı açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu il bir çox görkəmli rejissorlar yeni filmlərini ilk dəfə Venesiyada tamaşaçılara təqdim edəcəklər. Festival amerikalı aktyorlar Nuh Baumbax, Adam Driver və Greta Gervigin baş rolda yer aldığı "Ağ səs-küy" filmi ilə açılacaq.
Həmçinin əsas müsabiqədə Luka Quadaqnino və Timotey Çalameti yenidən bir araya gətirən "Sümüklər və Hamısı", kubalı gənc aktyor Ana de Armasın Merilin Monro obrazını canlandırdığı və Endryu Dominik tərəfindən çəkilmiş "Sarışın", Darren Aronofski, Alejandro Qonzales İnyarritu və Cəfər Pənahi kimi bir çox usta rejissorların filmləri yarışacaq.
Qeyd edək ki, 79-cu Venesiya Film Festivalının münsiflər heyətinin prezidenti amerikalı aktrisa Culian Murdur.
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir