×
A
A
A
Sazlamalar

Mərakeşdə yanğınlar nəticəsində 10.300 hektar meşə məhv olub

Rabat, 26 iyul, AZƏRTAC

Mərakeşin kənd təsərrüfatı, balıqçılıq, kənd ərazilərinin, meşələrin və su ehtiyatlarının inkişafı naziri Məhəmməd Sadiqi bildirib ki, Krallığın bir neçə regionunda meşə yanğınları nəticəsində 10.300 hektar meşə sahəsi məhv olub.
AZƏRTAC xəbər verir ki, nazirin sözlərinə görə, təqribən 123.000 hektar sahənin alovlanması təhlükəsi var. Dünən gündüz Tazrut bələdiyyəsində başlanmış meşə yanğını istisna olmaqla, digər yanğınlar hələlik nəzarət altındadır.
Yanğınların söndürülməsinə su və meşə təsərrüfatı, mülki müdafiə sahələrinin, Krallığın silahlı qüvvələrinin, Krallıq jandarmeriyasının 4200 bölməsi, habelə yardımçı qüvvələr, yerli hakimiyyət orqanları və könüllülər cəlb edilib.
Mərakeş hökuməti yanğınların kənd təsərrüfatı və meşə təsərrüfatına təsirini azaltmağa, zərər çəkmiş yerli əhalinin dəstəklənməsinə yönəlmiş təxirəsalınmaz tədbirlər çərçivəsində 28 milyon dollardan artıq yardım ayıracaq.

Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Rabat

Dünya 2022-07-26 17:48:00