×
A
A
A
Sazlamalar

İspaniyalı aktyor 79-cu Venesiya Film Festivalında

Bakı, 26 iyul, AZƏRTAC

İspaniyalı aktyor Xavier Bardem 79-cu Venesiya Film Festivalına “Mənə bax” qısametrajlı filmi ilə qatılacaq.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, britaniyalı rejissor Salli Potterin ekranlaşdırdığı film festivalın “Horizontes Extra” bölməsində müsabiqədənkənar təqdim olunacaq. Avqustun 31-də açılışı olacaq festivalda filmin digər qəhrəmanı yumorist Kris Rokun da iştirakı gözlənilir.

Teatr və kino 2022-07-26 17:47:00