×
A
A
A
Sazlamalar

İnternet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilir

Bakı, 26 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda internet mühitində reklam və marketinq fəaliyyətinin səmərəliliyinin artırılması üçün metod və alqoritmlər işlənilir.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədqiqat zamanı internet reklamın inkişaf perspektivləri, xüsusiyyətləri və imkanları araşdırılıb, müvafiq istiqamətdə mövcud problemlər müəyyənləşdirilib. CRM texnologiyaları əsasında internet reklamın təşkili üçün konseptual model işlənib. Veb-saytlarda reklam və marketinq məsələlərinin səmərəli həllində müştəri fikirlərinə əsasən, veb-resursların qiymətləndirilməsi üçün metod və alqoritmlər, internet reklam kampaniyasının effektivliyinin dinamik dəyişməsi modeli, eləcə də internet reklam və marketinqdə istifadəçi məlumatları əsasında tövsiyə sistemləri üçün alqoritm işlənilib və əldə olunan elmi nəticələrin yoxlanılması məqsədilə eksperimentlər aparılıb.

Texnologiya 2022-07-26 17:34:00