×
A
A
A
Sazlamalar

Milli Qəhrəman Asif Məhərrəmovun doğum günü ilə əlaqədar videoçarx hazırlanıb

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Milli Qəhrəman haqqında ümumi məlumat yer alıb.
Qeyd edilib ki, Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində anadan olub. O, 1988-ci ildən başlayaraq Ağdamın Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar, Əhmədavar kəndlərində düşmənə qarşı özünümüdafiə dəstələri yaradaraq, Xramort, Aranzəmin, Pircamal, Dəhraz, Naxçıvanik və digər kəndlərin müdafiəsində cəsur komandir kimi rəşadətlə vuruşub. 1992-ci ilin martında Füzuli şəhərinin müdafiəsi üçün köməyə gedərək düşmənə ağır zərbə vurub”.
Qeyd edək ki, polkovnik-leytenant A.Məhərrəmov 1994-cü il iyulun 1-də, ad gününə 25 gün qalmış müharibədə aldığı yaralar nəticəsində dünyasını dəyişib. Bakı şəhərində İkinci Fəxri xiyabanda dəfn olunub.

Mədəniyyət 2022-07-26 16:48:00