×
A
A
A
Sazlamalar

Əfsanəvi rok qrupu "Okean Elzy" Bakıda konsert verəcək

Bakı, 26 iyul, AZƏRTAC

Avqustun 12-də Heydər Əliyev Sarayında Ukraynanın əfsanəvi rok qrupu "Okean Elzy" konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, konsertdə qrupun maraqlı repertuarla çıxış edəcəyi bildirilib.
Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəsini təşkil edir.
Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Qeyd edək ki, 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.

Mədəniyyət 2022-07-26 16:47:00