×
A
A
A
Sazlamalar

Gürcüstanda həftə ərzində koronavirusa yoluxanların sayı 10 min nəfəri keçib

Tbilisi, 26 iyul, AZƏRTAC
Gürcüstanda koronavirusa yoluxma halları həftə ərzində yenidən artaraq 10 mini keçib. İyulun 17-dən 24-dək ölkədə daha 10 253 nəfərin koronavirusa yoluxduğu təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, həftə ərzində 7508 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər isə pandemiyanın qurbanı olub.
Ən çox yoluxma halları yenə də paytaxt Tbilisidə qeydə alınıb.
Qeyd edək ki, Gürcüstanda 2020-ci il fevralın 26-dan iyulun 24-dək 1 686 218 nəfər COVID-19 virusuna yoluxub, Onların 1 658 189-u sağalıb, 16 859-u isə dünyasını dəyişib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2022-07-26 16:36:00