×
A
A
A
Sazlamalar

Dini inancların və siyasi maraqların toqquşduğu "Orta əsrlər" filminin treyleri yayımlanıb


Bakı, 26 iyul, AZƏRTAC

"The Avenue" şirkəti kralların, döyüşçülərin, din və siyasi inancların əsl hekayəsindən bəhs edən epik film olan "Orta əsrlər"in ilk treylerini yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Çex rejissoru Petr Yaklın ssenari müəllifi və rejissoru olduğu “Orta əsrlər” filmi çex xalqının azadlığı uğrunda mübarizə aparan və Çexiyanın milli qəhrəmanı sayılan Yan Zişkanın həyatından bəhs edir.
Filmin aktyor heyətində Sofi Lou, Maykl Keyn, Til Şvayger, Roland Moller, Metyu Qud və Uilyam Mozli yer alır.
Qeyd edək ki, HBO telekanalının məşhur seriyalı olan “Taxt-tac oyunları” intriqa və zehin oyunları hekayəsi ilə insanların sadəcə qılınc döyüşü deyil, daha dərin məsələlərə toxunan orta əsr nağıllarına maraq oyatdı. Dini inancların və siyasi maraqların toqquşduğu bir mühitdə “Orta əsrlər” bu marağa xitab edəcək bir filmdir.

 

Mədəniyyət 2022-07-26 16:01:00