×
A
A
A
Sazlamalar

“Eurasiya.DOC” sənədli filmlər festivalına ərizə qəbulu davam edir

Bakı, 26 iyul, AZƏRTAC

Oktyabrın 3-dən 7-dək Minsk və Smolenskdə MDB ölkələrinin 7-ci “Eurasia.DOC” sənədli filmlər festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, festivalda iştirak etmək üçün müraciətlər avqustun 1-dək qəbul edilir. İştirak üçün festival direktorluğuna ərizə təqdim edilməli, eyni zamanda, filmin müəllif annotasiyası, yaradıcı heyət haqqında məlumat, fotoşəkillər və filmdən kadrlar olmalıdır. Film MP4 formatında qəbul edilir.
Xatırladaq ki, “Eurasia.DOC” festivalı keçirildiyi ilk ildən öz hüdudlarını aşaraq beynəlxalq miqyas alıb. Festival nəticəsində postsovet məkanında baş verən hər şey bütün dünyada insanların böyük marağına səbəb olur. Filmlərin seçilməsində əsas meyar MDB ölkələrinin ictimai-siyasi həyatına birbaşa və ya dolayısı ilə təsir edən hadisələrin işıqlandırılması və müəllif tərəfindən şərh edilməsidir.
Əlavə suallar üçün festivalın [email protected] elektron ünvanı ilə əlaqə saxlamaq olar.

 

Mədəniyyət 2022-07-26 15:57:00