×
A
A
A
Sazlamalar

Türkiyədə zəlzələ baş verib

Ankara, 26 iyul, AZƏRTAC
Türkiyənin Kahramanmaraş vilayətində Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyənin Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) yayıb.
Bildirilib ki, yerli vaxtla saat 9:11-də baş verən yeraltı təkanların episentri vilayətin Dulkadiroğlu rayonunda yerləşib. Tələfat və dağıntı barədə məlumat yoxdur. Bəzi köhnə tikililərdə çatlar yaranıb.

 
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-07-26 14:34:00