×
A
A
A
Sazlamalar

"Terminator: Qaranlıq talelər" filmi iflasa uğrayıb

Bakı, 26 iyul, AZƏRTAC

Yeni versiyada çəkilmiş "Terminator: Qaranlıq talelər" elmi-fantastik filmi uğursuz alınaraq iflasa uğrayıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bunu filmin rejissoru Tim Miller etiraf edib.
"Terminator: Qaranlıq talelər" 2019-cu ilin oktyabrında nümayiş etdirilib. Onun büdcəsi 185 milyon dollar, kassa gəliri isə cəmi 260 milyon dollar olub.
Xatırladaq ki, rejissor Ceyms Kameron tərəfindən çəkilərək 1984-cü ilin oktyabrında təqdim olunan gələcəkdən gələn robotların hekayəsindən bəhs edən "Terminator" filmi tamaşaçılar arasında böyük uğur qazanaraq, eyni zamanda, kassa gəlirinə görə də əfsanəvi filmlər siyahısında yer tuta bilib.

Mədəniyyət 2022-07-26 13:59:00