×
A
A
A
Sazlamalar

Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə şairə Gülarə Munis Xurşidbanu Natəvanın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.
Daha sonra tədbirin bədii hissəsində şairənin 190 illiyi ilə əlaqədar onun şeirlərindən parçalar səsləndirilib.

Mədəniyyət 2022-07-26 12:38:00