×
A
A
A
Sazlamalar

OLAP sistemlərində blokçeyn texnologiyalarının tətbiqi məsələləri araşdırılır

Bakı, 26 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn seminarında texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova “OLAP sistemlərində blokçeyn texnologiyalarının tətbiqi” adlı məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Məruzəçi blokçeyn texnologiyası və onun əsas xüsusiyyətləri barədə danışıb. Bildirib ki, blokçeyn və ya paylanmış reyestr texnologiyası (Distributed Ledger Technology – DLT) kompüter şəbəkəsinin qovşaqlarını birləşdirən paylanmış verilənlər bazasıdır. Bir çox blokçeyn infrastrukturu smart müqavilələrdən istifadə edir. Onlar tərəflər arasında razılaşmaları həyata keçirən və toplanmış çoxölçülü verilənlərin işlənməsini təsvir etmək üçün istifadə olunan reyestrə daxil edilmiş kod fraqmentləridir. Bu müqavilələrin olması, eyni zamanda, OLAP sistemlərin verilənlərinin saxlanması ölçüləri üzrə aqreqasiyaların, eləcə də istifadəçi tərəfindən müəyyən edilmiş digər OLAP hesablamaların icrasını təmin edir.
G.Nəbibəyova, həmçinin tam idarə edilən reyestrlərin verilənlər bazası olan “Amazon Quantum Ledger Database” (QLDB) haqqında da danışıb.
Sonda məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Texnologiya 2022-07-26 12:24:00