×
A
A
A
Sazlamalar

“Artım” layihə məkanında gənc rəssamların duet sərgisi davam edir

Bakı, 26 iyul, AZƏRTAC

“Artım” layihə məkanında açılan iki gənc rəssamın “Daxili gurultu” adlı duet sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Leyla Qabulova və Murad Vəliyevin əsərləri nümayiş olunur.
Rəssamlar öz əsərlərində eqo, ictimai qınaq, ikiüzlülük, stiqma, kollektiv və fərdi travmalar, zorla boynumuza qoyulan, bizə sırıdılan yarlıqlar və hekayələr kimi vacib problemləri qabardıblar. Onlar öz əsərləri ilə əsas sosial standartların həqiqiliyinə meydan oxuyur və destruktiv davranış modellərindən uzaqlaşmaq üçün öz hekayələrini təklif edirlər.
Qeyd edək ki, sərgi sentyabrın 25-dək davam edəcək.

Mədəniyyət 2022-07-26 12:14:00