×
A
A
A
Sazlamalar

Yasamal MKS kitab fonduna daxil olan yeni kitablar haqqında videoməlumat hazırlayıb

Bakı, 26 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Zülfiyyə Abdullayeva kitabxananın fonduna daxil olan yeni kitablar haqqında videoməlumat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, kitabxananın əməkdaşı fonda yeni daxil olan Elxan Elatlının “Armed Mişel”, Vüqar Bayramlının “Biçarə sevgililər”, Ziyəddin Sultanovun “Gəlin gedək Qarabağa”, Fikrət Qocanın “Seçilmiş əsərləri” və Qəzənfər Paşayevin “Nəsimi. Edamdan sonrakı həyat” kitabları haqqında məlumat verib.

Mədəniyyət 2022-07-26 10:32:00