×
A
A
A
Sazlamalar

Tətbiqi səviyyə DDoS hücumların avtomatik diaqnostikası ilə bağlı mühüm nəticələr əldə olunub

Bakı, 25 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayevanın “Tətbiqi səviyyə DDoS hücumların aşkarlanması üçün konvalyusiya neyron şəbəkə modelinə əsaslanan avtomatik diaqnostik sistemin işlənməsi” (Convolutional Neural Network-Based Automatic Diagnostic System for AL-DDoS Attacks Detection) adlı məqaləsi ABŞ-ın Pensilvaniya ştatında fəaliyyət göstərən “IGI Global” nəşriyyatında çap olunan “International Journal of Cyber Warfare and Terrorism” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, DDoS hücumları OSI modelinin 3-cü (şəbəkə), 4-cü (nəqliyyat) və 7-ci (tətbiqi) səviyyələrində reallaşdırmaq olar. Mövcud elmi tədqiqatların əksəriyyəti şəbəkə (IP) və nəqliyyat (TCP) səviyyəsində reallaşdırılan DDoS hücumlara həsr olunub. Bu hücumların məqsədi şəbəkə zolağını istehlak etmək və hədəf sistemdə qanuni istifadəçilərə xidmətdən imtina etməkdir.
Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsi (Qrant № EİF-BGM-4-RFTF-1/2017–21/08/1) çərçivəsində aparılmış elmi tədqiqatlar əsasında hazırlanıb.
Qeyd edək ki, “International Journal of Cyber Warfare and Terrorism” jurnalı “Scopus” və “Web of Science” beynəlxalq elmi bazalarında indeksləşir.

Texnologiya 2022-07-25 18:40:00