×
A
A
A
Sazlamalar

Yanvar-iyun aylarında dəmir yolu ilə 3 milyon ton yük daşınıb

Bakı, 25 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 3 milyon 40,6 min ton yük daşınıb ki, bu yüklərin dəyəri 1 milyard 695,1 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dəmir yolu nəqliyyatı ilə ixrac olunan 1 milyon 243,6 min ton yükün dəyəri 514,9 milyon dollar təşkil edib.
Altı ayda bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1 milyon 797 min ton, dəyəri isə 1 milyard 180,2 milyon dollar olub.

 

Nəqliyyat 2022-07-25 16:12:00