×
A
A
A
Sazlamalar

Azərbaycanda minik avtomobillərinin istehsalı artıb

Bakı, 25 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında ölkədə 1057 ədəd və ya ötən ilin müvafiq dövrünə nisbətən 262 ədəd çox minik avtomobili istehsal olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 260,2 milyon manatlıq məhsul istehsal edilib. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 2,6 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,8 dəfə, maşın və avadanlıqların istehsalı 48,7 faiz artıb.

Nəqliyyat 2022-07-25 12:14:00