×
A
A
A
Sazlamalar

Dəniz limanlarında 5,7 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

Bakı, 25 iyul, AZƏRTAC

Yanvar-iyun aylarında dəniz limanlarında 5 milyon 773,1 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 5 milyon 373 min tonunu və ya 93,1 faizini tranzit yüklər təşkil edib. İyulun 1-nə limanlarda qalan yüklərin həcmi 205,5 min ton olub.
Altı ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilə nisbətən 57,1 faiz artaraq 9,9 min nəfər təşkil edib.

Nəqliyyat 2022-07-25 11:40:00