×
A
A
A
Sazlamalar

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunda piyada keçidi tikilir

Bakı, 25 iyul, AZƏRTAC

Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 25,3-cü kilometrlik hissəsində yerüstü piyada keçidinin inşası aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən tikinti işlərinə anlayışla yanaşmaları, qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.

 

Tikinti̇ 2022-07-25 11:02:00