×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcər rayonu sahəsində itkin düşüb

Bakı, 23 iyul, AZƏRTAC

İyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Bu barədə Müdafiə Nazirliyindən AZƏRTAC-a məlumat verilib.
Hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.

Ordu 2022-07-23 18:39:00